Mütəxəssislərə görə, tikiş və naxış kimi əl işləri ilə məşğul olmaq zehni sağlamlığı gücləndirir. Araşdırmalar göstərib ki, ritmik əl hərəkətləri ürək döyüntüsünü yavaşladaraq rahatlama effekti yaradır.
Postxronika.az xəbər verir ki, nevroloqların tədqiqatına görə, diqqət tələb edən hobbilərin yaşlılıq dövründə beyni qoruduğu və gücləndirdiyi müəyyən olunub.
Mütəxəssislər bildirirlər ki, gündə orta hesabla 20 dəqiqəlik tikiş fasiləsi yorğunluğu aradan qaldırır və bunu emosiyaların idarə olunmasında da bir vasitə kimi istifadə etmək mümkündür. Bundan əlavə, travmadan sonrakı terapiyalarda, diqqət çatışmazlığının idarə edilməsində fiziki və zehni sağlamlığın qorunmasına kömək etdiyi qeyd olunub.