İran İslam Respublikasının Londondakı səfirliyinin binasından rəsmi dövlət bayrağı endirilib. Məlumata görə, binanın üzərindən İranın hazırkı bayrağı götürülərək, onun yerinə ölkənin inqilabdan əvvəlki dövrünə aid olan “Şir və Günəş” simvollu bayraq asılıb.

Postxronika.az xəbər verir ki, hadisə ilə bağlı hələlik rəsmi Tehran tərəfindən açıqlama verilməyib. Bayrağın kimlər tərəfindən və hansı şəraitdə dəyişdirildiyi dəqiqləşdirilir.

Qeyd edək ki, “Şir və Günəş” simvolu 1979-cu il İslam İnqilabınadək İranın dövlət rəmzi olub və hazırda əsasən müxalif dairələr tərəfindən istifadə edilir.