Azərbaycanda polis əməkdaşları son bir sutka ərzində qanunsuz dövriyyədən xeyli miqdarda silah və sursat müsadirə ediblər.

Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 5 avtomat, 2 tapança, 2 pulemyot, 20 tüfəng, 13 qumbara, 23 patron darağı və müxtəlif çaplı 8 518 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.