ABŞ Dövlət Departamenti bildirib ki, İran hakimiyyəti ölkədə keçirilən dinc etirazları yatırmaq məqsədilə “Hizbullah” döyüşçülərini və İraqdan olan silahlı birləşmələri prosesə cəlb edir. Bu barədə Dövlət Departamentinin X (keçmiş Twitter) sosial şəbəkəsində yayımlanan bəyanatında qeyd olunub.

Postxronika.az xəbər verir ki, bəyanatda vurğulanıb ki, İran illərdir xalqına məxsus milyardlarla dolları xaricdə fəaliyyət göstərən proksi qrupların dəstəklənməsinə xərcləyib. Vaşinqtonda bildirilib ki, bu qüvvələrin İran vətəndaşlarına qarşı istifadə olunması əhalinin hüquqlarının pozulması kimi qiymətləndirilir.

Məlumata görə, ABŞ İran hakimiyyətini öz vətəndaşlarının dinc etiraz etmək hüququna hörmət etməyə çağırır.