Türkiyə Super Kubokunun finalında ‘’Fənərbaxça’’ əzəli rəqibi ‘’Qalatasaray’’la qarşılaşıb.
İstanbul derbisinin qalibi 0:2 hesabı ilə ‘’Sarı-mavilər’’ olub.
‘’Fənər’’ in yeni transferi Matteo Qenduzi 28-ci dəqiqədə yeni komandası ilə ilk qoluna imza atıb.
‘’Fənərbaxça’’ 2-ci hissəyə Cayden Ostorvoldenin 48-ci dəqiqədə baxımlı qolu ilə başlayıb.
Domeniko Tedeskonun komandası qalan dəqiqələr ərzində üstünlüyünü qoruyaraq titulun sahibi olub.
Qeyd edək ki, ‘’Fənərbaxça’’ 10-cu dəfə Türkiyə Super Kubokunu muzeyinə aparıb.
Ayaz Zeynalzadə