Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya rəsmi səfəri başlayıb.
Postxronika.az xəbər verir ki, Kiyev şəhərində Azərbaycan XİN rəhbərini Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Ceyhun Bayramovun ukraynalı həmkarı Andriy Sibiqa və digər yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.