ABŞ Prezidenti Donald Trampın administrasiyasında İran üzərinə mümkün hərbi zərbə barədə ilkin müzakirələrin aparıldığı bildirilir.

Postxronika.az xəbər verir ki, nəzərdən keçirilən variantlar arasında İranın bir sıra hərbi obyektlərinə genişmiqyaslı hava zərbəsi də olub. Bu addım Trampın əvvəlcədən irəli sürdüyü xəbərdarlıqları həyata keçirmək üçün atıla biləcək addımlardan biri kimi qiymətləndirilib.