Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski Ofisinin rəhbəri Kirill Budanov ilə görüşüb.

Postxronika.az xəbər verir ki, tərəflər iki ölkə arasında intensiv siyasi dialoqu və yüksəksəviyyəli təmasları təqdir edərək, ikitərəfli münasibətlərin gələcək inkişafına verilən töhfəni vurğulayıblar.

​Görüş zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.