Qətərin paytaxtı Dohada keçirilən blits şahmat üzrə dünya çempionatı Maqnus Karlsenin möhtəşəm qələbəsi ilə başa çatıb.

Postxronika.az xəbər verir ki, norveçli qrossmeyster finalda rəqiblərini geridə qoyaraq karyerasında növbəti dəfə dünya çempionu tituluna sahib çıxıb. Qadınların yarışında isə Qazaxıstan təmsilçisi Bibisara Assaubayeva bütün rəqiblərini üstələyərək qızıl medalı qazanıb.

Turnir boyu gərgin mübarizə şəraitində keçən partiyalar dünya şahmat elitasının ən güclü simalarını bir araya gətirib. Karlsen bu nəticə ilə həm sürətli (rapid), həm də blits növlərində mütləq liderliyini bir daha sübut edib. Çempionatın yekununda qaliblərə fəxri kuboklar təqdim edilib və bu zəfər hər iki şahmatçının karyerasında yeni bir uğur səhifəsi kimi tarixə düşüb.