Tehranda davam edən nümayişlərdə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində çox sayda insanın həyatını itirdiyi xəbər verilir. 


Postxronika.az xəbər verir ki, CNN-ə danışan şahidlər cümə gecəsi hərbi silahlardan açılan atəş nəticəsində onlarla dinc sakinin qətlə yetirildiyini bildiriblər. Təhlükəsizlik səbəbilə adını açıqlamayan paytaxt sakinləri tibb müəssisələrində çox sayda cəsədin üst-üstə qalandığını dəhşətlə təsvir ediblər.



Ölkədəki yüksək inflyasiyaya etiraz olaraq bazarlarda başlayan nümayişlər qısa müddətdə 100-dən çox şəhərə yayılaraq mövcud rejim üçün ciddi sınağa çevrilib. Küçələrə axışan hər yaş qrupundan olan insanlar hakimiyyətin amansız repressiyaları ilə üz-üzə qalıblar. Hazırda bölgədə gərginlik pik həddədir.