İsrail mart ayında Qəzza zolağında yeni hərbi əməliyyat keçirməyi planlaşdırır.
Postxronika.az xəbər verir ki, əməliyyatın məqsədi atəşkəs xəttini Qəzza sahilinə doğru irəlilədərək İsrail ordusunun (ÇAXAL) nəzarət zonalarını genişləndirməkdir. Qeyd olunur ki, ABŞ-nin dəstəyi olmadan bu planın həyata keçirilməsi mümkün deyil.Eyni zamanda Vaşinqton ikinci mərhələyə keçidi- yəni HƏMAS-ın silahsızlandırılmasını tələb edir.