Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərində 9 yanvar tarixində baş verən qar fırtınası 146 illik meteoroloji müşahidələr tarixində ən güclülərdən biri hesab edilib. 

Postxronika.az xəbər verir ki, Hidrometeoroloji xidmətin verdiyi məlumata görə, “bu qar yağıntısı bütün meteoroloji müşahidələr dövründə ən güclü beş qar fırtınası siyahısına daxildir”.

Həmçinin vurğulanıb ki, bu fırtına 21-ci əsr ərzində Moskvada qeydə alınan üç ən güclü qar yağıntısından biridir.