Bu gün İspaniya Superkubokunun final matçı keçiriləcək. Belə ki,  həlledici oyunda "Real Madrid" və "Barselona" klubları qarşılaşacaqlar.

Postxronika.az xəbər verir ki ş, Görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda baş tutacaq.Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, yarımfinal oyunlarında "Barselona" "Atletik Bilbao"nu 5:0, "Real Madrid" isə "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edərək finala yüksəliblər.( Oxu.az)