Kolumbiyada məşhur müğənni Yeison Jimenez və onun ekibini daşıyan xüsusi təyyarə Medellinə gedərkən qəzaya uğrayıb. Qəza nəticəsində müğənni və beş nəfər həlak olub.

Postxronika.az xəbər verir ki,Jimenez 20 gün əvvəl qatıldığı televiziya proqramında “Yuxumda uçaq qəzasında öldüyümü gördüm” deyib. O, yuxusunda qəzanı görərək pilotu xəbərdar etməli olduğunu hiss etdiyini də açıqlayıb.

Qeyd edək ki, 35 yaşlı sənətçi “Aventurero”, “Vete” və “Mi venganza” kimi hitləri ilə tanınırdı və Kolumbiyanın ən məşhur ifaçılarından biri sayılırdı.