Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Postxronika.az məlumatına görə, matç "Bank Respublika Arena"da keçiriləcək.

Qeyd edək ki, qarşılaşma saat 16:00-da start götürəcək.

Məlumata görə, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.(Report)