İnvestorların Yaxın Şərqdəki vəziyyət və dünya iqtisadiyyatının perspektivləri ilə bağlı gözləntiləri neft bazarında qiymətlərin aşağı düşməsinə səbəb olub.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, qlobal bazarlarda neft qiymətləri ucuzlaşıb və Brent markalı neftin qiyməti 90 dollar səviyyəsindən aşağı düşüb.
Reuters-in məlumatına görə, investorlar Yaxın Şərqdə enerji təchizatına dair riskləri, ABŞ-ın ticarət siyasətini və qlobal iqtisadi artım perspektivlərini diqqətlə izləyirlər.
Neft qiymətlərinin hərəkətinə ABŞ və Kanada arasında ticarət gərginliyi də təsir göstərən amillər sırasındadır. Analitiklər tariflərin artırılmasının qlobal iqtisadi artımı zəiflədə və enerji tələbatına mənfi təsir göstərə biləcəyini bildirirlər.
Eyni zamanda, Çin yuanının son illərin ən güclü səviyyələrindən birinə yüksəlməsi və Almaniya iqtisadiyyatından gələn müsbət göstəricilər investorların diqqətindədir.
Atabəy Abbaszadə