Sentyabrın 23-26-da Bosniya və Herseqovinanın Sarayevo şəhərində Kata və Veteranlar arasında Cüdo üzrə Dünya Çempionatı çərçivəsində “Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026” keçiriləcək.

Postxronika.az xəbər verir ki, turnirdə Azərbaycanı Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri təmsil edəcəklər.

Azərbaycan təmsilçiləri mötəbər beynəlxalq turnirdə uğurlu nəticələr əldə etmək üçün hazırlıqlarını davam etdirirlər.