İran iqtisadiyyatı ABŞ-la davam edən müharibə və Vaşinqtonun sərtləşdirdiyi sanksiyalar fonunda ciddi təzyiqlərlə üzləşir.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin xarici ticarətinin ABŞ sanksiyaları və dəniz blokadası nəticəsində təxminən 35 faiz azaldığını bildirib. Ölkədə illik inflyasiya göstəricisi isə 66 faizə çatıb.
ABŞ İranla iqtisadi əlaqələr saxlayan qurumlara qarşı yeni sanksiyalar tətbiq edir. Vaşinqtonun təzyiq kampaniyası fonunda Tehran isə həm diplomatik danışıqları davam etdirməyə, həm də müdafiə imkanlarını qorumağa hazır olduğunu açıqlayıb.
İran rəhbərliyi Hörmüz boğazı üzərində nəzarətin ölkənin əsas strateji üstünlüklərindən biri olduğunu bildirir. Müharibədən əvvəl dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təxminən 20 faizi bu marşrutdan keçirdi.
Atabəy Abbaszadə