ABŞ-da Ohayo Dövlət Universitetinin tədqiqatçıları 66 min nəfərin əhali qeydiyyat məlumatlarını araşdıraraq, ömür uzunluğu ilə su hövzələrinə yaxınlıq arasındakı əlaqəni təhlil ediblər.
Postxronika.az xəbər verir ki, əldə olunan nəticələr göstərib ki, dəniz sahillərinə yaxın ərazilərdə yaşayan insanlar orta hesabla bir il daha uzun ömür sürür, şəhər bölgələrdə yaşayanların isə həyat müddəti daha qısa olur.
Bunun səbəbləri sahilyanı bölgələrdə çox isti və ya çox soyuq günlərin daha az olması, hava keyfiyyətinin daha yüksək olması, fiziki aktivlik imkanlarının genişliyi və daha yaxşı yaşayış şəraitinin mövcud olmasıdır.