Rusiyada investisiya dövrəsinin yenidən başladılması iqtisadiyyatda təmin edilən sabit və proqnozlaşdırılan şərait hesabına həyata keçiriləcək. Bu fikirləri Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (ŞİF-2026) plenar iclasında çıxışı zamanı səsləndirib.

Postxronika.az xəbər verir ki, dövlət başçısı ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasının özəl və dövlət kapital qoyuluşları üçün həlledici rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, biznes subyektləri üçün uzunmüddətli və etibarlı şəraitin yaradılması iqtisadi artımın dinamikasını sürətləndirməyə, həmçinin strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək.