İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil etdiyini bildirib.

Postxronika.az xəbər verir ki, zərbələr əsasən rabitə sistemləri, təyyarə və PUA anqarları, şəxsi heyətin yerləşdiyi ərazilər və radar sistemlərini hədəf alıb. . Bəyanata əsasən, hücumlar nəticəsində rabitə avadanlıqlarına və anqarlara ciddi ziyan dəyib.