Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı yayılan xəbərlər informasiya hücumunun tərkib hissəsidir. Ölkədə səfərbərliyi tələb edəcək heç bir ssenari yoxdur. Bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.
Postxronika.az xəbər verir ki, Rusiya dövlət başçısı ölkədə ordu sırasına cəlb olunanların könüllü şəkildə müqavilə imzaladığını iddia edib. Onun sözlərinə görə, vətəndaşlar öz istəkləri ilə müqavilələr bağlayaraq hərbi əməliyyatlarda iştirak etməyə yollanırlar və bu səbəbdən məcburi səfərbərlik tədbirlərinin həyata keçirilməsinə ehtiyac qalmır.