Bəzi itlərin insanların söhbətlərinə qulaq müsafiri olaraq yeni sözlər öyrənə bildiyi müəyyən edilib. "Independent" nəşrinin xəbərinə görə, araşdırmada 10 it tədqiq edilib.

Postxronika.az xəbər verir ki, miniatür Aussie, alman çoban iti, labrador retriver və bir neçə border kolli kimi öyrənmə qabiliyyəti yüksək olan çoban itləri araşdırmaya cəlb olunub.

Tədqiqat zamanı oyuncaqlara verilən adlar dəfələrlə təkrar edilib. Oyuncaqlar itlərin görə biləcəyi şəkildə yerləşdirilsə də, onlarla birbaşa danışılmayıb. Oyuncaqlar başqa otaqda, digər oyuncaqların arasına qoyulub. 10 itdən 7-si düzgün oyuncağı gətirməyi bacarıb.

Qeyd edək ki, insanlarda isə bu qabiliyyət təxminən 18 aylıq olarkən formalaşmağa başlayır. Körpələr də böyükləri dinləyərək danışmağı öyrənirlər.