Ukrayna Xəzər dənizində İran gəmisinə təşkil edilən hücum nəticəsində dəymiş ziyanı könüllü şəkildə ödəməlidir. . Əks təqdirdə, Tehran buna müstəqil şəkildə nail olacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Fars agentliyinə açıqlamasında bildirib.

"Postxronika.az" xəbər verir ki, diplomat Ukrayna tərəfinin insidentin qəsdən törədilməməsi ilə bağlı arqumentlərinin İranı qane etmədiyini vurğulayıb. Rəsmi Tehran Ukraynanın izahatlarını dinləsə də, qarşı tərəfin vurulmuş ziyana görə birbaşa məsuliyyət daşıdığını və təzminat ödəməyə borclu olduğunu bəyan edib. Bəqayi əlavə edib ki, əgər Kiyev bu öhdəliyi yerinə yetirməzsə, İran tərəfi kompensasiyanın alınmasını öz imkanları hesabına təmin edəcək.