Uşaqlıq dövründəki sağlamlıq vəziyyəti və həyat tərzinin yaşlılıqda demans riskinə ciddi təsir göstərdiyi məlum olub.
Postxronika.az xəbər verir ki, beynəlxalq miqyaslı geniş bir araşdırmaya görə, uşaqlıqda sağlam olmayan çəkiyə sahib olmaq, fiziki aktivliyin az olması və ya yüksək qan təzyiqi kimi amillər yaşlılıq dövründə beynin müəyyən hissələrində mənfi dəyişikliklərə səbəb olur.
Belə ki, beyin sahələrində demansla (düşünmə qabiliyyətinin tədricən zəifləməsi ilə) əlaqəli pozulmalar baş verir. Tədqiqatçılar bildirirlər ki, bu nəticələr demansın qarşısının alınması baxımından erkən müdaxilənin nə qədər vacib olduğunu göstərir.