"Liverpul" klubu "Real Madrid"in aparıcı simalarından olan Cud Bellinqemi heyətinə qatmaq üçün rekord məbləğdə – 180 milyon avro ödəməyə hazırdır.
Postxronika.az xəbər verir ki, jurnalist Əkrəm Konurun məlumatına görə, İngiltərə təmsilçisi komandanın mərkəz xəttinə lider gətirmək məqsədilə "Kral klubu" ilə ilkin təmaslar qurub. Lakin Madrid nəhənginin prezidenti Florentino Peres oyunçunun əvəzedilməz olduğunu bildirərək, bu keçiddən qəti şəkildə imtina edib. İspaniya klubunun rəhbərliyi hesab edir ki, hazırkı bazar şərtlərində ingilis ulduza alternativ tapmaq mümkün deyil. Qeyd edək ki, müqaviləsi 2029-cu ilə qədər davam edən yarımmüdafiəçinin transfer dəyəri 160 milyon avro qiymətləndirilir.