"Mançester Yunayted"in baş məşqçisi vəzifəsini müvəqqəti icra edən Darren Fletçer bu təyinatın onun üçün sürpriz olduğunu etiraf edib.
Postxronika.az xəbər verir ki, "The Sun" nəşrinə danışan mütəxəssis bütün diqqətini gənclər komandasına yönəltdiyi üçün əsas heyətdən dəvət gözləmədiyini deyib. O, iki oyunluq təklifin planlarında olmadığını, lakin bu məsuliyyətin öhdəsindən gələcəyinə əminliklə yanaşdığını bildirib. Xatırladaq ki, "qırmızı şeytanlar"ın yetirməsi olan şotlandiyalı 2002-2015-ci illərdə klubun şərəfini qoruyub və ötən yaydan akademiyada çalışır.