Dortmund "Borrisyası"nın şərəfini qoruyan Cob Bellinqem karyerasını La Liqada davam etdirməyə namizəddir.

Postxronika.az xəbər verir ki, jurnalist Əkrəm Konurun məlumatına görə, "Atletiko" və "Vilyarreal" gənc yarımmüdafiəçinin xidmətində maraqlıdır. Ötən yay Almaniya klubuna keçən futbolçu əsas heyətdə kifayət qədər şans qazanmadığı üçün komandanı tərk etmək niyyətindədir. Cari mövsümdə 23 görüşdə meydana çıxıb 2 məhsuldar ötürmə edən ingilis oyunçu start heyətinə düşməkdə çətinlik çəkir. Qeyd edək ki, "Transfermarkt" portalı Bellinqemin transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.