Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Yəməndəki husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumundan sonra dünya bazarında neftin qiyməti yüksəlib.
Brent markalı neftin bir barelinin qiyməti 97 dollardan yuxarı qalxaraq son altı həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb.
Analitiklər Yaxın Şərqdə davam edən qarşıdurmaların qlobal enerji təchizatına mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
Atabəy Abbaszadə