"Yuventus" transfer bazarında fəallığını artıraraq diqqətini "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çikə yönəldib.

Postxronika.az xəbər verir ki, "Tuttosport" nəşrinin iddiasına görə, Turin təmsilçisi ingilis futbolçunu heyətinə qatmaq üçün qarşı tərəfə müdafiəçi Federiko Qattini təklif etməyi planlaşdırır. "Qoca Sinyora" orta sahəni gücləndirmək məqsədilə bir müddətdir izlədiyi oyunçu üçün mübadilə variantını ən real çıxış yolu hesab edir. Cari mövsümdə "rossoneri" forması ilə 20 matça çıxan təcrübəli yarımmüdafiəçi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Qeyd edək ki, tərəflər arasında razılıq əldə olunarsa, müqaviləsi 2027-ci ildə başa çatan Loftus-Çik Turin klubuna keçəcək.