PSJ Fransa Kubokunun 1/16 final mərhələsi çərçivəsində sabah keçirəcəyi qarşılaşmadan əvvəl komandadakı tibbi vəziyyətlə bağlı hesabat yayıb.
Postxronika.az xəbər verir ki, Paris təmsilçisinin rəsmi açıqlamasına əsasən, rusiyalı qapıçı Matvey Safonov və Li Kanq-in xüsusi proqram üzrə bərpa məşqlərini davam etdirirlər. Digər futbolçulardan Luka Ernandes xəstəlik, Kentin Njantu isə davam edən müalicəsi səbəbindən "Park de Prens"dəki oyunu buraxacaqlar. Xatırladaq ki, Safonov FİFA Qitələrarası Kubokunun finalında "Flamenqo" ilə matçın penaltilər seriyasında qolunu sındırmışdı. Qolkiper həmin görüşdə dörd zərbəni dəf edərək komandasına titulu qazandırsa da, zədə səbəbindən hələlik tam sıraya dönməyib.