ABŞ və İran arasında Körfəz bölgəsində tankerlərə qarşı hücumların, həmçinin Yəməndəki husilərin Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələrinin fonunda neftin qiyməti 100 dolları ötüb.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, ABŞ İranın beş tankerini vurduğunu açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq səkkiz tankerə və iki hərbi gəmiyə hücum etdiyini bildirib.
İran tərəfi həmçinin Hörmüz boğazından Ərəb dənizinə qədər yeni “qadağan olunmuş gəmiçilik zonası” yaratmağı planlaşdırdığını açıqlayıb.
İranın dəstəklədiyi husilər isə Səudiyyə qüvvələrinin Yəməndə onlarla zərbə endirdiyini bildiriblər. Bu, bir gün əvvəl Səudiyyə Ərəbistanındakı bir neçə neft obyektində PUA və raket hücumları nəticəsində yanğınların baş verməsindən sonra olub.
Gərginlik fonunda “Brent” markalı neftin qiyməti 2,83 faiz artaraq 100,70 dollara yüksəlib. Müharibə başlamazdan əvvəl isə “Brent”in qiyməti təxminən 70 dollar təşkil edirdi.
Rəşad Hüseynov