İran neft satışına tətbiq edilən sanksiyalardan yayınmaq və Çindən, o cümlədən hərbi təyinatlı məhsullar almaq üçün barterə bənzər mexanizmdən istifadə edib.

Postxronika.az "Reuters"ə istinadən xəbər verir ki, iki yüksək səviyyəli İran rəsmisi və məsələdən xəbərdar olan digər üç şəxsin sözlərinə görə, bu mexanizm çərçivəsində İran nefti Çindən idxal olunan mallar üçün kreditlərlə dəyişdirilib.

Mənbələr bildiriblər ki, gizli ticarət mexanizmi ABŞ-nin İranın nüvə proqramına görə iqtisadi və hərbi təzyiqləri artırdığı dövrdə Tehran üçün maliyyə baxımından mühüm dəstək olub.

Bu mexanizm Çinə İran neftini güzəştli qiymətlərlə almağa, İrana məhsul ixrac edən bank və şirkətlərə isə beynəlxalq nəzarət və sanksiyalardan yayınmağa imkan verib.

ABŞ İran neftinin alınması və daşınmasında iştirak edən bəzi kiçik Çin qurumlarına qarşı sanksiyalar tətbiq edib. Vaşinqton avqust ayında İranla biznes əlaqələrini dayandırmayan ölkələrin dollar əsaslı maliyyə sistemindən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.

Rəşad Hüseynov