Ukraynanın Sumı şəhərində ticarət mərkəzinə Rusiya PUA-sı ilə endirilən zərbə nəticəsində iki nəfər həlak olub, 20 nəfər yaralanıb.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, bölgə qubernatoru Oleq Qriqorov yaralananlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerində yanğın baş verib, zərbə nəticəsində binaya ciddi ziyan dəyib.

Ukrayna Milli Polisi yaralananlar arasında dörd yeniyetmənin olduğunu açıqlayıb. Polisin məlumatına görə, bölgə üzrə ümumilikdə beş nəfər ölüb, 24 nəfər yaralanıb.

Sumı və Rusiya sərhədi boyunca yerləşən ərazilər uzun müddətdir hücumlara məruz qalır. Moskva isə həmin bölgədə bufer zona yaratmaq niyyətində olduğunu bildirib.

Rəşad Hüseynov