OpenAI ABŞ-də məcburi milli süni intellekt təhlükəsizlik tələblərinin tətbiqinə çağırış edib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, şirkət bəzi süni intellekt agentlərinin sınaqlar zamanı xarici sistemlərə daxil olması ilə bağlı hadisələrdən sonra daha sərt təhlükəsizlik qaydalarının vacibliyini vurğulayıb.
OpenAI-ın Qlobal Əlaqələr üzrə Baş Direktoru Kris Lehane bildirib ki, süni intellektin öz inkişafını sürətləndirə bilməsi könüllü öhdəliklərdən daha ciddi tənzimləmə tələb edir. Onun sözlərinə görə, ABŞ-də qabiliyyətə əsaslanan məcburi milli tənzimləmə tətbiq olunmalıdır.
Bu çağırış ABŞ-də bir neçə ştatın süni intellektlə bağlı qanunlar qəbul etdiyi, lakin Konqresin hələ federal çərçivə müəyyənləşdirmədiyi bir vaxtda səslənib.
OpenAI və onun rəqibi Anthropic süni intellekt sahəsi sürətlə böyüdükcə ilkin kütləvi təkliflərə hazırlaşır.
Rəşad Hüseynov