Kanadanın Enbridge şirkəti ABŞ-ın Blackstone şirkətinə məxsus Tallgrass Energy-nin xam neft biznesini 2,55 milyard dollar nağd vəsait müqabilində satın alacaq.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki ,sövdələşmə Enbridge-in ABŞ-dakı maye karbohidrogenlər üzrə boru kəməri şəbəkəsini genişləndirəcək.

Şirkət Pony Express boru kəmərində 75%-lik payı və digər aktivləri əldə edəcək. 1 690 kilometr uzunluğunda olan boru kəməri gündəlik 460 min barelədək xam neft daşıyır və Rokki dağlarındakı hasilat sahələrini Oklahoma ştatındakı Kuşinq neft anbarı mərkəzi ilə birləşdirir. Enbridge bildirib ki, sövdələşmə ABŞ-ın əsas neft hasil edən bölgələrində şirkətin mövqeyini gücləndirəcək.

Nuray Qafarzadə