Böyük Britaniyanın solçu Yaşıllar Partiyasının lideri Zak Polanski keçmiş baş nazir Kir Starmerin boşaltdığı parlament yeri uğrunda mübarizə aparacaq.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, siyasətçi oktyabrın 8-də keçiriləcək əlavə seçkilərdə Holborn və Sent-Pankras seçki dairəsindən namizəd kimi qatılacaq.

Starmer 2024-cü ildə həmin sol meyilli dairədə rahat qələbə qazansa da, bu dəfə rəqabətin gərgin keçəcəyi gözlənilir.

Polanski tərəfdarlarına müraciət edərək seçkilərdə favorit olmasalar da, lazım olan təkan sayəsində qalib gələ biləcəklərini vurğulayıb.

Xatırladaq ki, həftənin əvvəlində Leyboristlər Partiyası da bu yerli seçki üçün öz namizədini müəyyənləşdirib.

Mələksima Əhmədova