Braziliya Ali Məhkəməsi iflasa uğramış "Banco Master" bankı ilə bağlı araşdırma çərçivəsində senator Flavio Bolsonaroya qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə bağlı istintaqa başlayıb.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, istintaq Braziliya Federal Polisindən daxil olan müraciət əsasında hakim Andre Mendonça tərəfindən başladılıb.

Sözügedən müraciətdə bankın keçmiş baş direktoru Daniel Vorkaronun senatorun atası, keçmiş prezident Jair Bolsonaronun haqqında çəkilmiş filmə etdiyi ianələrə diqqət çəkilib.

Qeyd edək ki, Jair Bolsonaronun böyük oğlu olan Flavio gələn ay keçiriləcək seçkilərdə solçu prezident Luis İnasio Lula da Silvaya qarşı əsas sağçı rəqiblərdən biridir.

Mələksima Əhmədova