Rusiya müdafiə mənbələrinin məlumatına görə, Volçansk istiqamətində mühasirədən çıxmağa çalışan bir neçə Ukrayna hərbi qrupu zərərsizləşdirilib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, FPV dron operatorları düşmən əsgərlərinin toplaşdığı yeri aşkar edərək onların qruplara bölünərək qaçmaq cəhdlərinin qarşısını alıblar.

Əsgərlərin bu cəhdi silahdaşlarının gizli mövqelərini də ifşa edib və həmin nöqtələr dərhal Rusiya artilleriyası ilə dronların hədəfinə çevrilib.

Düşmənin mühasirədən çıxmaq istiqamətindəki bütün cəhdləri tam uğursuzluqla nəticələnib.

Mələksima Əhmədova