"Delta Air Lines" şirkətinə məxsus sərnişin təyyarəsində kabin təzyiqinin gözlənilməz şəkildə düşməsi səbəbindən hava gəmisi 10 dəqiqə ərzində təxminən 8200 metr aşağı enərək Las-Veqasda təcili eniş edib.
Postxronika.az "TRT Haber"ə istinadən xəbər verir ki, sentyabrın 6-da baş verən bu hadisə zamanı Boeing 737-900ER markalı təyyarənin sərnişinləri oksigen maskalarından istifadə etməli olublar.
Şahidlər stüardessaların maska taxdıqları üçün ünsiyyət qurmaqda çətinlik çəkdiklərini və vəziyyətin olduqca qorxulu keçdiyini bildiriblər.
Təqaüddə olan pilot Metyu Bakli ABŞ-də belə təzyiq problemlərinin nadir hallarda baş verdiyini qeyd edib.
Harri Rid Beynəlxalq Hava Limanına uğurla enən təyyarənin heyəti təhlükəsizlik protokollarına tam uyğun hərəkət edib.
Mələksima Əhmədova