İranda son iğtişaşlar zamanı həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə ölkə üzrə üç günlük milli matəm elan olunub.
Postxronika.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat ölkənin dövlət televiziyası və radiosu vasitəsilə ictimaiyyətə çatdırılıb.
Məlumatda qeyd olunur ki, İran Prezidenti Məsud Pezeşkian da anım mərasimlərində şəxsən iştirak edəcək. Həmçinin, hökumət vətəndaşlara müraciət edərək, onları yanvarın 12-də baş tutacaq ümumxalq yürüşünə qatılmağa çağırıb.