Kəlbəcər rayonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, həmçinin respublikanın digər bölgələrini təmsil edən brend məhsul sahibi arıçı fermerlərin iştirakı ilə II Bal Festivalı keçirilir. Tədbir yerli arıçılıq məhsullarının tanıdılmasına və yerli istehsalçıların hərtərəfli dəstəklənməsinə xidmət edir.
Postxronika.az xəbər verir ki, layihə arıçıların daxili və xarici bazarlara çıxış imkanlarını genişləndirməklə yanaşı, Kəlbəcərin təbiətinin və yaylaqlarının təbliği vasitəsilə aqroturizm, ekoturizm və kənd turizminin inkişafına da güclü təkan verir. Eyni zamanda, festival bölgənin qədim musiqisinin, milli rəqslərinin və zəngin mədəni irsinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.