İspaniya Super Kubokunun finalı çərçivəsində ‘’El Klassiko’’ baş tutub


İlk hissə ardıcıl qollarla 2:2 hesabı ilə başa çatıb 



Matçda ilk qolun müəllifi 36-cı dəqiqədə Rafinya olub. 


‘’Real’’ bu qola ilk hissənin 2-ci uzatma dəqiqəsində Vinisius Juniorun qolu ilə qarşılıq verib.



2 dəqiqə sonra Robert Levandovski ‘’Barselona’’ nı yenidən önə keçirib.


İlk hissədə son nöqtəni 7-ci uzatma dəqiqəsində hesabı bərabərləşdirən Qonzalo Qarsiya qoyub.



Rafinya 72-ci dəqiqədə bir qola daha imza ataraq komandasını yenidən önə keçirib.


Hansi Flikin komandası qalan dəqiqələr ərzində üstünlüyünü qoruyaraq ilin ilk titulunu qazanıb.



Qeyd edək ki, ‘’Barselona’’ 16-cı dəfə İspaniya Super Kubokunun sahibi olub.



Ayaz Zeynalzadə