BRICS ölkələri Yeni Dehlidə keçirilən sammitdə Yaxın Şərqdə artan gərginlik fonunda birgə bəyanat qəbul edilməsi barədə razılığa gəlib.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, sənəddə hər hansı ölkənin adının çəkilməsi gözlənilmir, lakin istənilən dövlət tərəfindən birtərəfli təcavüz pislənəcək.
Mənbələr bildiriblər ki, sənədin sammit liderləri tərəfindən şənbə günü təsdiqlənməsi gözlənilir.Sammitin əsas məqsədlərindən biri İran və Birləşmiş Ərəb Əmirlikləri arasında fikir ayrılıqlarını aradan qaldırmaq və blok daxilində birliyi qorumaqdır.
Hindistanın Baş naziri Narendra Modi BRICS ölkələrinin həmrəyliyini qlobal səviyyədə konkret nəticələrə çevirməyin vacibliyini vurğulayıb.BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İndoneziya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
Nuray Qafarzadə