Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Yaxın Şərq və ümumilikdə Afrika siyasətini formalaşdırarkən Misirin mövqeyini nəzərə aldığını deyib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Putin bu fikirləri BRICS sammiti çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə səsləndirib.
Rusiya lideri regionda və dünyada baş verən hadisələrlə bağlı Misirin mövqeyini öyrənməyin onun üçün vacib olduğunu vurğulayıb.
Putin görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd edib.
Nuray Qafarzadə