12 yanvar 1908-ci il Azərbaycan musiqi tarixində dönüş nöqtəsidir. Həmin gün Bakıda Üzeyir Hacıbəyovun yazdığı ilk milli opera – “Leyli və Məcnun” səhnəyə qoyuldu. Bu əsər təkcə bir tamaşa deyil, milli musiqinin klassik opera janrına daxil olmasının ilk nümunəsi oldu.
Opera Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Üzeyir Hacıbəyov muğamı opera ilə birləşdirərək sevgi, əzab və qurban mövzularını musiqi dili ilə təqdim etdi. O dövrdə peşəkar ifaçıların az olmasına baxmayaraq, Hacıbəyov böyük zəhmətlə bir kollektiv formalaşdırdı. Məcnun rolunu Hüseynqulu Sarabski, Leyli rolunu isə Əbdürrəhim Fərəcov ifa edirdi.
Premyera böyük maraqla qarşılandı. Tamaşaçılar bu operada təkcə bir sevgi hekayəsi deyil, Azərbaycan xalqının ruhunu, muğamın dərinliyini və emosional gücünü gördülər. “Leyli və Məcnun” sonralar Şuşa, Tiflis və digər şəhərlərdə də səhnələşdirildi və böyük uğur qazandı.
Bu opera Azərbaycan musiqisinin dünya səhnəsinə çıxmasının başlanğıcı hesab olunur. Bu gün “Leyli və Məcnun” milli musiqi irsimizin ən qiymətli nümunələrindən biri kimi yaşayır və hər səhnələşdirilməsində tamaşaçıya eyni dərəcədə təsir edir.
Ey piri-şikәstә hali-naşad,
Tanrıyçün әlimdәn eylәmə dad.
Demә ki, nәdir bu macәralar,
Səndәn mәnә yetdi bu bәlalar.
Mәn bilmәz idim qәmi-cahanı,
Tәşvişi-zәminü asimanı.
Bilmәzlik ilә xoş idi halım,
Nә hüsnü, nә eşq idi xәyalım