Yaxın Şərqdə müharibənin genişlənməsi fonunda Səudiyyə Ərəbistanına və Fars körfəzində gəmilərə yeni hücumlar enerji təchizatının pozulması ilə bağlı narahatlığı artırıb.
Postxronika.az Reutersə istinadən xəbər verir ki , Hörmüz boğazından keçən gəmi mərmi ilə vurulub, nəticədə yanğın baş verib və ekipaj təxliyə olunub. Səudiyyə Ərəbistanının Cizan əyalətində husilərin hücumu nəticəsində evlərə və məscidə ziyan dəyib. Ötən cümə günü dron hücumları ölkənin neft ixracında mühüm rol oynayan 1 200 kilometrlik boru kəmərinin fəaliyyətini dayandırıb. Səudiyyə Ərəbistanının Yanbu limanındakı neft ehtiyatlarının ixracı yalnız 5-7 gün təmin edə biləcəyi bildirilir. Kəmərin fəaliyyətinin bərpası gecikərsə, qlobal neft tədarükünün 4 faizə qədəri risk altına düşə bilər.
Nuray Qafarzadə