Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətini dəstəkləyən qüvvələr son bir ay ərzində husilərlə döyüşlərdə 500 döyüşçüsünü itirib, 1 500 nəfər isə yaralanıb.

Postxronika.az TASS-a  istinadən xəbər verir ki  , itkilər avqustun 9-dan sentyabrın 10-dək ölkənin cənub-qərb sahillərində gedən döyüşlər zamanı qeydə alınıb. Hökumətyönlü qüvvələrin nümayəndəsi hücumlarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun və müttəfiqlərinin dəstəyinin olduğunu bildirib.

Onun sözlərinə görə, qüvvələr mühasirəyə düşməmək üçün yeni müdafiə mövqelərinə çəkilib. Yəməndə vəziyyət sentyabrın əvvəlində husilərin ölkənin cənub-qərbində genişmiqyaslı hücuma keçməsi ilə kəskinləşib. Husilər həmçinin Qırmızı dəniz sahilləri və Taiz ətrafına raket və dron zərbələri endirərək Moxa istiqamətindəki yolları kəsməyə və strateji Bab əl-Məndəb boğazına yaxın ərazilərə irəliləməyə çalışır.

Nuray Qafarzadə