Ukrayna qüvvələri sentyabrın 12-dən axşam saatlarından etibarən Zaporojye Atom Elektrik Stansiyasının təlim mərkəzinə 10-dan çox dron zərbəsi endirib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki,ilkin məlumatlara əsasən, hücumlar nəticəsində ölən və yaralanan olmayıb. AES rəhbərliyi təlim mərkəzinə zərbələri nüvə təhlükəsizliyi sisteminin elementinə hücum kimi qiymətləndirib. Bildirilib ki, burada stansiya əməkdaşları hazırlanır və fövqəladə vəziyyətlər zamanı fəaliyyət üzrə təlimlər keçirilir. Hazırda stansiyada vəziyyət nəzarət altındadır və radiasiya səviyyəsi normal həddə qalır. Hücumların vurduğu zərərin miqyası təhlükə aradan qalxdıqdan sonra əraziyə baxış keçirildikdən sonra müəyyənləşdiriləcək.

Nuray Qafarzadə