Kanadada istehlakçıların yerli məhsullara üstünlük verməsi və ABŞ mallarını boykot etməsi supermarketlərdə məhsul seçiminə və təchizat zəncirinə təsir göstərir.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, ölkədəki ərzaq mağazaları məhsulların mənşəyini daha aydın göstərməyə və yeni tədarük mənbələri tapmağa başlayıb. ABŞ və Kanada arasında davam edən ticarət müharibəsi istehlakçıların alış-veriş zamanı məhsulların mənşəyinə daha çox diqqət yetirməsinə səbəb olub. Kanadada “Kanada məhsulu al” kampaniyaları ABŞ-ın Kanada mallarına tətbiq etdiyi tariflərdən sonra başlayıb və son həftələrdə daha da güclənib

Nuray Qafarzadə